DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya XİN Əfqanıstan hökumətinin formalaşma müddəti barədə

Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Taliblər (Taliban*) üçün inklüziv hökumətin formalaşması ilə bağlı heç bir müvəqqəti çərçivə yoxdur. Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə ikinci departamentinin rəhbəri Zamir Kabulov bildirib.
"Xeyr, heç bir müddət müəyyən edilməyib. Bu, "Moskva" formatının vəzifəsi deyil. Biz taliblərə onların gələcək iş planının cədvəlini təyin etmək niyyətində deyildik - heç bir halda", - deyə Kabulov "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyində keçirilən brifinq zamanı qeyd edib.
Onun sözlərinə görə, regional ölkələr taliblərdən hökumətin formalaşmasında "daha cəsarətli və qətiyyətli addımlar" atacağını gözləyirlər.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Eləcə də oxuyun:
* Taliblər natural təsərrüfata keçiblər: buğda qarşılığında iş
* İŞİD-i* bir neçə gün ərzində məğlub edə bilərdik - Taliban*
* Peskov Talibanla* bağlı suala cavab verib
* Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir
* Taliblərin reabilitasiya mərkəzində narkomanlar: İçəridən çəkilmiş şok görüntülər