RUSİYA

Putin bütün nəqliyyatda sanitar tədbirlərin gücləndirilməsini tapşırıb

Prezidentin başqa bir tapşırığı ilə 60 yaşdan yuxarı işçilərin peyvənd edilməsi və onlarda immunitetin formalaşması üçün 4 həftə evdən işləmələrini təmin olunmalıdır.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bütün nəqliyyat növlərində sanitar-epidemioloji tədbirlərə nəzarətin gücləndirilməsi barədə tapşırıq verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə Putinin tapşırıqlar siyahısında qeyd olunub.

"RF subyektlərinin yüksək vəzifəli şəxsləri "Rospotrebnadzor"la əməkdaşlıq edərək, bütün məhdudlaşdırıcı tədbirlərə riayət olunmasına nəzarətin artırılmasını təmin edir, o cümlədən, bütün nəqliyyat növləri üzrə sanitariya-epidemioloji tədbirlərin gücləndirilməsi: aviasiya, dəmir yolu, su, avtomobil, həmçinin ictimai nəqliyyatda, taksilərdə və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə müntəzəm dezinfeksiya işləri aparılır", - deyə sənəddə qeyd olunur.

Bundan başqa, Vladimir Putin 60 yaşdan yuxarı işçilərin peyvənd edilməsi və onlarda immunitetin formalaşması üçün 4 həftə məsafədən işləmələrini təmin etmək barədə də tapşırıq verib. Bu barədə göstəriş Kremlin saytında yayımlanıb.