CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Növbəti Qlobal Bakı Forumu keçiriləcək

Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi tədbirdir.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumu keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, noyabrın 4-6-da baş tutacaq forumda müxtəlif panellərdə "COVID-19-dan sonra yeni dünya nizami", "Yeni Dünya İqtisadiyyatı", "Səhiyyə və əhalinin vaksinasiyası", "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" və digər mövzular müzakirə olunacaq.
Panellərdə yerli və xarici ekspertlərin çıxışı nəzərdə tutulur.
Qeyd edək ki, Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2021-ci illər aralığında 7 forum keçirilib.