RUSİYA

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd olunacaq

Konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Oktyabrın 26-da Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş qala-konsert keçiriləcək.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər.
Konsertin proqramına rus, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.