CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirilib. 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, parlamentin növbəti toplantısı oktyabrın 29-da keçiriləcək.
İclasın gündəliyi yaxın vaxtlarda məlum olacaq.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirilib. 2021-ci il payız sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.
Sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsinin davam etdirilməsi nəzərdə tutulur.