HADİSƏ

Güclü külək Ağdam və Tərtərin bəzi hissələrini işıqsız qoydu

Küləyin sürətinin artması səbəbindən yarana biləcək fəsadların qarşısını almaq üçün bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Ağdam və Tərtər ərazisində axşam saatlarından etibarən başlayan güclü külək elektrik enerjisinin verilməsində problem yaradıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Ağdam Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından verilən məlumata görə, naqillərin qırılması bəzi yaşayış məntəqələrinə elektrik enerjisi təchizatının dayanmasına səbəb olub.
Küləyin sürətinin artması səbəbindən yarana biləcək fəsadların qarşısını almaq üçün bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb.