FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Əlvida, Bakı! Çətin bir də görüşək - Müslüm Maqomayevin anım günüdür

25 oktyabr – Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayevin pərəstişkarları üçün təqvimdəki qara günlərdən biridir. Müslüm 2008-ci ilin həmin günü bu dünyadan köçüb.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Sputnik Azərbaycan Müslüm Maqomayevin anım günündə onun həyatının müxtəlif məqamlarını özünə əks etdirən fotolenti oxucularına təqdim edir.
1 / 11

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub.

2 / 11

Ona ilk uğuru 1962-ci ildə, 14 yaşında ikən Bakı Dənizçilər Klubundakı çıxışı qazandırıb.

3 / 11

Müslüm Maqomayev ilk solo konsertini Moskvadakı Çaykovski adına konsert zalında verib.

4 / 11

SSRİ Xalq artisti Müslüm Maqomayev 1980-ci ildə Moskvada keçirilən beynəlxalq Olimpiadanın mədəniyyət proqramında çıxış edir.

5 / 11

Azərbaycanda Heydər Əliyevin Maqomayevə göstərdiyi sevgi və qayğını yaxşı xatırlayırlar. O, Müslümü "musiqi sənətinin canlı əfsanəsi" adlandırırdı.

6 / 11

Rusiya Prezidenti Vladimir Putin Kremlin Yekaterina zalında keçirilən mərasimdə müğənni Müslüm Maqomayevə "Şərəf" ordenini təqdim edir.

7 / 11

Müğənninin bütün həyatı boyu sevdiyi qadın Tamara Sinyavskaya olub. O, Sinyavskaya ilə 1972-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən Rusiya İncəsənət Festivalında tanış olub.

8 / 11

Müslüm Maqomayev və Emin Ağalarov. Müslüm Maqomayev Eminin müəllimi olub və musiqini ona sevdirib.

9 / 11

Maqomayev ömrünün sonuna kimi birinci nikahından olan yeganə qızı Marina ilə əlaqə saxlayıb. Marina ailə həyatı qurandan sonra Amerikaya köçmüşdü.

10 / 11

Pərəstişkarları anım günündə Müslüm Maqomayevin yaşadığı Leontyevski döngəsindəki evinin qarşısında toplaşırlar. Onları müğənninin yaradıcılığına böyük məhəbbət hissi bir araya gətirir.

11 / 11

Maqomayev 2008-ci ildə 66 yaşında Moskvada vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

"Əlvida, Bakı! Çətin bir də görüşək..." – bu kompozisiyanın lent yazısı dahi sənətkarın yaradıcılığının son nümunəsidir. Müslüm Maqomayev sevimli şəhəri haqqında bu kədərli kompozisiya üzərində işi başa çatdırandan düz bir il yeddi ay sonra vəfat edib.
Sputnik Azərbaycan sizi həmin mahnının mistik tarixçəsi ilə tanışlığa dəvət edir.