BAKI, 25 oktyabr - Sputnik. Bakı şəhərindəki məktəblərin birində şagirdin intihar etdiyi xəbəri yayılıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, 311 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, 10 a sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) dərsdən yayınmaq üçün ikinci mərtəbənin pəncərəsindən aşağı tullanıb.
Hadisə nəticəsində şagirdin qaşı partlayıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili yardım çağırılıb, şagirdin valideyninə məlumat verilib.
3 saylı Şəhər Kliniki Xəstəxanasında şagirdin qaşına tikiş qoyulub. Hazırda məktəblinin vəziyyəti qənaətbəxşdir.