SƏHİYYƏ

"Buster" dozanı vurduranların immunitet sertifikatı müddətsiz olacaq

COVID-19 xəstəliyinə yoluxmuş və immunitet sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində "buster" doza vurdura bilər.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. "Azərbaycan Respublikasında "COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə "buster" dozanın da vurulmasına başlanılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyindənSputnik Azərbaycan-a bildirilib ki, "buster" dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlər nəzərə alınaraq bir daha qeyd edirik ki, COVID-19 xəstəliyinə yoluxmuş və immunitet sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində "buster" doza vurdura bilər.
"Buster" dozanı vurdurmaqla vətəndaş immunitet sertifikatının müddətini müddətsiz olaraq uzadır.
Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.
Əgər "buster" dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman peyvənd sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq immunitet sertifikatını peyvənd sertifikatı ilə əvəz edə bilər.