CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 37 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb

Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Bakıda 37 yaşlı kişinin ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, paytaxt sakini, 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.