RUSİYA

Tayqada Putini isidən kamin Şoyqunu heyrətləndirib

Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Rusiya Müdafiə naziri, ordu generalı Sergey Şoyqunu tayqaya səfər zamanı RF Prezidenti Vladimir Putinin çadırında yerləşdirilmiş qızdırıcı aparat təəccübləndirib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Şoyqu "Rossiya-1" telekanalının efirində danışarkən deyib.
"O cür qızdırıcını ilk dəfə görürdüm. Elə bil, parçadır, üzərinə də kamin şəkli çəkilib. Buratino yadıma düşdü: yadınızdadır, orada ocaq, qızıl açar, sehrli qapı vardı..." - Şoyqu xatırlayıb.
Nazirin sözlərinə görə, qızdırıcı əsl maraq doğurub.
"İstənilən halda, həmin ekspedisiyanı hazırlayan, doğrudan isti olmasına çalışan uşaqlara təşəkkür edirəm", - Şoyqu deyib.
"Hər il prezidenti işlərindən qopub tayqaya səfər etməyə necə razı salırsınız?" sualına isə Şoyqu: "Hələ br araşdırmaq lazımdır ki, kim kimi səyahətə çəkir", - deyə cavab verib.
Bu yaxınlarda Rosturizm məlumat vermişdi ki, prezidentin sevimli istirahət yerləri üzrə marşrut hazırlanır. Buraya bir neçə Sibir rayonunun daxil ediləcəyi planlaşdırılır.
RUSİYA
Putin həftə sonunu Şoyqu ilə birlikdə çox sevdiyi Sibirdə keçirdi
Eyni zamanda Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti olan Şoyqu Putinlə ekspedisiyalardan birinə necə hazırlaşdıqlarını da danışıb.
Onun sözlərinə görə, bir dəfə Putinə təbiətdən bəhs edən bir əcnəbi jurnal göstərib. Orada səyahətçi Rusiyanın maraqlı bölgələrinə səfərindən bəhs edirmiş.
"Filan yerdə, bəsməkan yerdə olub, şəkillərini də çəkib. Prezident dedi: bax niyə o bacarıb? Düz bir il sonra onunla məhz həmin yerdə idik", - Şoyqu deyib.
Sentyabrda Putin növbəti dəfə Sibirdə istirahət edib. Səfərdə onu Sergey Şoyqu müşayiət edib. Onlar birlikdə balıq tutub, tayqada, dağlarda piyada gəzib, katerlə və vezdexodla gəzintiyə çıxıblar.
Eləcə də oxuyun:
* Dağları piyada gəzdi: Vladimir Putinin Sibir tayqasında istirahəti – FOTOLAR
* Putin gəzməyə gedəndə nüvə çamadanını haraya qoyur?