BAKI, 24 oktyabr - Sputnik. Qırx üç yaşlı azərbaycanlı Ramil Mahmudov yaşadığı İsveç Krallığının paytaxtı Stokholmda naməlum şəxslər tərəfindən qətlə yetirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir. Bildirilir ki, Komitə məsələni nəzarətə götürüb.
Dövlət Komitəsi mərhumun ailəsinə cənazənin Azərbaycana gətirilməsi üçün dəstək göstərəcəyini bildirib. Komitəyə minnətdarlığını bildirən ailə üzvləri cənazənin Azərbaycana gətirilmə xərclərinin mərhumun sürücü kimi çalışdığı yükdaşıma şirkəti tərəfindən ödəniləcəyini bildiriblər.
"Hadisə ilə bağlı cinayət işinin obyektiv şəkildə araşdırılacağına inanırıq", - qurumdan bildirilib.