BAKI, 24 oktyarb - Sputnik. Ağstafada 11-ci sinif sinif şagirdi bıçaqlanıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.
İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Bir qədər sonra hadisəni Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü K.Musayevin törətdiyi məlum olub. O, polis tərəfindən saxlanılıb. İlkin ifadəsində cinayəti törədiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.