BAKI, 23 oktyabr — Sputnik. Ankara bütün qonşu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar Türkiyə İslahlı Qüvvələrinin Suriya və İraqda keçirdiyi hərbi əməliyyatlardan danışarkən bildirib.
"Bizim yeganə hədəfimiz Türkiyənin təhlükəsizliyinə təhdid olan terrorçulardır", - deyə nazir bildirib.
Akar xüsusi ilə vurğulayıb ki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, öz cənub sərhədlərində terrorçuların nəzarətində olan zonaların yaradılmasına imkan verməyəcək və Türkiyə Silahlı Qüvvələri bunu əməliyyatlar çərçivəsində edib.
Türkiyənin müdafiə naziri ölkəsinin Suriya ilə bağlı Rusiya və ABŞ-la razılaşmalarına diqqət çəkib:
"Türkiyə bu razılaşmalar üzrə bütün öhdəlikləri ciddi şəkildə yerinə yetirir. Moskva və Vaşinqton eyni mövqeyə sadiq olmalıdırlar".