DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib

Həmin ölkələrin səfirlərinin nazirliyiə dəvət olunaraq diplomatik əlaqələr barədə Vyana konvensiyasına riayət olunmasının zəruriliyi xatırladılıb.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hüquq müdafiəçisi Osman Kavalanın azad olunmasına çağırış edən ölkələrin, o cümlədən də ABŞ-ın səfirinin "persona non qrata" elan olunması barədə Xarici İşlər Nazirliyinə göstəriş verib.
RİA Novosti xəbər verir ki, qeyd olunan ölkələr arasında Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın adları çəkilir.

"Mən bizim xarici işlər nazirinə göztəriş vermişəm ki, bu 10 səfirin arzuolunmaz şəxs elan olunmaları üçün dərhal tədbir görsünlər", - deyə Ərdoğan Əskişəhirdə çıxışı zamanı bildirib.

Bundan sonra Türkiyə XİN bu ölkələrin səfirlərinin nazirliyiə dəvət edərək diplomatik əlaqələr barədə Vyana konvensiyasına riayət olunmasının zəruriliyini xatırladıb.
Xatırladaq ki, Osman Kavala türkiyəli hüquq müdafiəçisi, Anadolu Kültür AŞ mədəniyyət fondunun banisidir. Adıçəkilən fond etnik və dini müstəvidə beynəlxalq layihələri dəstəkləyən qurumdur.
Kavala 2020-ci ildə 2016-cı ilin iyulunda Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdində iştirakla bağlı ittiham irəli sürülərək həbs olunub.