BAKI, 23 oktyabr — Sputnik. Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunda barıt sexində baş vermiş partlayıç və sonra yanğının görüntüləri yayılıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə vilayətin Şilovsk rayonunda baş verib. Yanğın nəticəsində 17 nəfər həlak olub.
Rusiya FHN-nin məlumatına görə, yanğına səbəb texnoloji prosesin pozulması olub.
Zavodun saytında isə göstərilir ki, müəssisə 6 il əvvəl müflis elan olunub və 2017-ci ildən işləmir.
Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov zavodda baş verən yanğın zamanı həlak olan şəxslərlə bağlı oktyabrın 25-ini vilayətdə matəm günü elan edib.
Qubernator, həmçinin bildirib ki, hadisə nəticəsində həlak olan şəxslərin ailələrinə bir milyon rubl (24150 AZN) vəsait ayrılıb.