BAKI, 23 oktyabr — Sputnik. Qırğızıstan Türkiyə və Rusiyada pilotsuz uçan aparatlar (PUA) alacaq. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu bu gün Bişkekdə keçirilən mətbuat konfransında Qırğızıstanın Prezidenti Sadır Japarov bildirib.
"Türkiyə və Rusiyadan zərbə pilotsuz uçuş aparatları alırıq", - deyə Japarov bildirib.
Onun sözlərinə görə, Bişkek hazırda Moskanın köməkliyi ilə öz reaktiv təyyarələrinin təmiri ilə məşğuldur:
"Bunun üçün pul ayrılır, bu pulsuz edilmir".