BAKI, 23 oktyabr - Sputnik. Nigeriyanın Oyo ştatında həbsxanaya silahlı hücumdan sonra 800-dən çox məhbus qaçıb. RİA Novosti xəbər verir ki, məhbuslardan 200-dən çoxunu geri qaytarmaq mümkün olub.
Bundan əvvəl isə sözügedən həbsxanaya silahlı hücum edildiyi və məhbusların sərbəst buraxıldığı bildirilmişdi.
Məlumata görə, silahlı şəxslərl həbsxana mühafizəçilərinə hücum edib. Həbsxanaya daxil olan silahlılar sonradan dinamitdən istifadə edərək divarı dağıtmağa müvəffəq olublar.