BAKI, 23 oktyabr — Sputnik. Türkiyənin güclənməsi, eyni zamanda NATO-nun müdafiəsinin güclənməsi anlamına gəlir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
"F-16" qırıcılarının Türkiyəyə tədarükü ilə bağlı danışan Akar qeyd edib: "Texniki çalışmalar başladılıb. Prosesi izləyirik. Türkiyənin güclənməsi, eyni zamanda NATO-nun müdafiəsinin güclənməsi anlamına gəlir".
Türkiyənin Müdafiə naziri Yunanıstan və Fransa arasında razılaşmaya da münasibət bildirib:
"NATO-nun içərisində olmağımıza rəğmən ittifaqların axtarılması həm NATO-ya, həm də ikili münasibətlərə zərər verər, güvəni sarsıdar".
Qeyd edək ki, sentyabrın sonlarında Fransa Prezidenti Emmanuel Makron və Yunanıstan Baş naziri Kiriakos Miçotakis ölkələr arasında 3.5 milyard dollarlıq hərbi müqavilə imzalayıb. Müqaviləyə əsasən, Fransa Yunanıstana hərbi gəmilər tədarük edəcək.