BAKI, 23 oktyabr — Sputnik. Cari ilin yanvar-sentyabr aylarında 313,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.
Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 307,7 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni dövründə 122,4 milyon dollar dəyərində 164,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.