İQTİSADİYYAT

Azərbaycana meyvə-tərəvəz idxalı artıb

Ötən ilin eyni dövründə 141,4 milyon dollarlıq 234,3 min ton meyvə-tərəvəz idxal olunub.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 261,9 min ton meyvə-tərəvəz idxal olunub. Bu barədə Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir.
Məlumatda deyilir ki, hesabat dövründə idxal edilən meyvə-tərəvəzin dəyəri 150,1 milyon dollar təşkil edib.
Xatırladaq ki, ötən ilin eyni dövründə 141,4 milyon dollarlıq 234,3 min ton meyvə-tərəvəz idxal olunub.