BAKI, 22 oktyabr — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri ilə bağlı açıqlama yayıb.
AAYDA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan ərazilərdə yerinə yetirilən işlər 01.10.2021-ci il tarixinədək zamanı əhatə edir.
"Zəfər yolu"
Texniki göstəriciləri: 101,5 km, II texniki dərəcəli, 2 hərəkət zolaqlı. Görülmüş işlər: torpaq işləri 100%, yol geyimi 100%, boru və keçidlərin tikintisi işləri 100%, körpülərin tikintisi 100%, beton küvet, qanov və drenaj işləri 90%.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu
Texniki göstəriciləri: 81,6 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 32-36, 40-42, 51- 52, 58-63, 70-71-ci km hissələrdə torpaq yatağının tikintisi, 37 və 50-ci km-də körpülərin, 80 və 81-ci km-də tunellərin və alt keçidlərin tikintisi aparılır.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu
Texniki göstəriciləri: yol – 80,7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11,6 km.
Görülmüş işlər: 7 km Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 km mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 km hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər-Laçın avtomobil yolu
Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9,8 km.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işlərinə başlanılıb.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu
Texniki göstəriciləri: 123,8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 50-66-cı km hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 15%, boru və keçidlərin tikintisi 10%, körpülərin tikintisi 8% icra olunub.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu
Texniki göstəriciləri: 83 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı-Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci km-də körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34%, yol geyimi – 4%, boru və keçidlərin tikintisi 35%, körpülərin tikintisi 27% icra olunub.
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil
Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 48,2%, yol geyimi 3,6%, boru və keçidlərin tikintisi 40%, körpülərin tikintisi 4,8% icra olunub.
Füzuli-Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-3,5 km hissədə torpaq işləri və yol yatağının tikintisi başa çatıb
Bərdə-Ağdam avtomobil yolu
Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 39,1%, yol geyimi 4%, boru və keçidlərin tikintisi işləri 20%, körpülərin tikintisi 76%.
Ağdam-Füzuli avtomobil yolu
Texniki göstəriciləri: 70 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Layihələndirmə işləri aparılır.
Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu
Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. 0-6 km hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası tikilib, 0-1,8 km hissəsində asfalt-beton örtük salınıb.