RUSİYA

Putin: İsraillə müzakirə edəcəyimiz çox məsələ var

Rusiya Prezidenti ümid edir ki, İsraildə olan siyasi çəkişmələrə baxmayaraq, iki ölkə arasında münasibətlərdə davamlılıq olacaq.
Sputnik
BAKI, 22 oktyabr — Sputnik. Soçidə Rusiya Prezidenti Vladimir Putin və İsrail baş naziri Naftali Bennet arasında görüş başlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
Putin görüş zamanı bildirib ki, İsraillə ölkəsi arasında münasibətlərdə problemlər var.

"Terrorizmlə mübarizə də daxil olmaqla, onların müzakirə edə biləcəyi xeyli sayda məsələlər var. Problemli məsələlər də var, onların sayı az deyil. Lakin təmas nöqtələri və əməkdaşlıq üçün imkanlar da var. Xüsusi ilə bu, terrorizmlə mübarizə məsələlərinə aiddir. Bizim müzakirə edə biləcəyimiz və müzakirə etməli olduğumuz məsələlər var", - deyə Putin bildirib.

O, həmçinin ümid edib ki, İsraildə olan siyasi çəkişmələrə baxmayaraq, iki ölkə arasında münasibətlərdə davamlılıq olacaq.
Putin eyni zamanda bildirib ki, pandemiyaya baxmayaraq Rusiya və İsrail arasında ticarət dövriyyəsinin həcmi bu ilin 7 ayı ərzində 50% artıb.