BAKI, 22 oktyabr — Sputnik. Rusiyada Taliban* hərəkatının üzərindən terrorçu statusunun götürülməsi üçün ayrıca bir mexanizmin tətbiqi mümkün deyil, bu barədə qərarı BMT qəbul edir. Sptunik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Taliban* hərəkatının terror təşkilatları siyahısından çıxarılması barədə qərarın BMT səviyyəsində qəbul edilməli olduğunu, Rusiyanın bu istiqamətdə fəaliyyət göstərəcəyini qeyd edib.
"Dünən prezident bu suala cavab verib və deyib ki, bu, Birləşmiş Millətlər Təşkilatının qərarı olduğu üçün Rusiyada bununla bağlı ayrıca bir mexanizm ola bilməz. Bəli, prezident dünən bütün bunlara aydınlıq gətirib", - deyə Peskov bu və ya digər təşkilatların ekstremist kimi tanınması məsələsində Rusiyanın beynəlxalq hüquqa əsaslanıb-əsaslanmadığı barədə suala cavab verib.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması