BAKI, 22 oktyabr - Sputnik. Fransa Prezidenti Emmanuel Makron Avropa şirkətlərini "dolların eksterritoriallığından"* qorumaq üçün avronu daha çox internasionallaşdırmağa səsləyib.
"Mən xüsusilə qeyd etdim ki, avro bizim ticarət siyasətimizin alətidir. Əgər biz şirkətlərimizi dolların eksterritoriallığından... qorumaq istəyiriksə, avronu daha çox internasionallaşdırmalıyıq", - Brüsseldə keçirilən Aİ ölkələri liderlərinin sammitinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Makron deyib.
Brifinq Yelisey sarayının sosial şəbəkələrdəki səhifələrində birbaşa yayımlanıb.
Makronun sözlərinə görə, sammitdə digər məsələlərlə yanaşı, ticarət də müzakirə mövzusu olub.
"Bizim ticari strategiyamız sosial və iqlim məqsədlərimizə bağlıdır. Ona görə iqlim tələbləri, sosial tələblər, bərabər rəqabət tələbləri, standartlarımıza, o cümlədən sanitar standartlarımıza əməl olunması tələbləri olmalıdır. Bu səbəbdən də hamımız Ümumdünya Ticarət Təşkilatında islahata başlamaq istəyimizi bildirdik", - Fransa lideri vurğulayıb.
Emmanuel Makronun ABŞ dollarından savayı başqa bir dərdi də var: onun əsas tənqid hədəfi NATO-dur. 2019-cu ilin martında o, bəyan eləmişdi ki, bu qurum "beyin ölümü" keçirib. Makron Avropa İttifaqının vahid ordusunun yaradılması, beləliklə də NATO-nun fəaliyyətinin məhdudlaşdırılması tərəfdarıdır.
* Eksterritoriallıq - yerli qanunvericiliyin təsir dairəsindən çıxarılmış, yalnız vətəndaşı olduğu dövlətin qanunvericiliyi (bütövlükdə və ya qismən) altında olan fiziki və ya hüquqi şəxslərin və ya obyektlərin statusu.
Eləcə də oxuyun:
* Makronla NATO-nun "ulduzu barışmır", yenə sataşdı
* Makrondan daha bir "nailiyyət": Əlcəzair hava məkanını Fransa HHQ üçün bağladı