MƏDƏNİYYƏT

Xalq artisti Canəli Əkbərov komaya düşüb

Sənətçinin oğlu atasının səhhəti ilə bağlı açıqlama verib. "Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü".
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. "Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb".
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, bunu sənətçinin oğlu Sabir Əkbərov deyib.
"Özüm də həkiməm, hər an yanındayam. Atamın səhhəti keçən il də ağırlaşmışdı. Ayaqlarında problem yaranmışdı. O, həm də şəkərli diabetdən əziyyət çəkir. Hər şey bir anın içində oldu. Şəkəri qalxdı və komaya düşdü. Üç gündür sistemlərin hesabına həyatda qalır", - o bildirib.
Qeyd edək ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunda anadan olub.
Eləcə də oxuyun:
* Azərbaycanlı xanəndəyə doğum günündə sürpriz
* Vəziyyəti ağırlaşan Xalq artisti əməliyyat olunmayacaq