Taliban (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror təşkilatı) ölkədə geniş yayılan narkotik istifadəsi ilə mübarizə aparır.
"Associated Press" bu həftənin əvvəlində təxminən 150 narkomanın saxlanılaraq Kabildəki İbn Sina adına reabilitasiya mərkəzinə göndərildiyi əməliyyatın heyrətamiz fotoşəkillərini çəkib.
Bu xəstəxana bir zamanlar, 2003-cü ildə ABŞ Ordusunun yaratdığı Kemp-Feniks hərbi bazası idi. Ancaq indi bura 1000 nəfərlik narkoloji mərkəzdir. Talibanın narkotik istifadəçilərinə qarşı dözümsüzlük tarixi var və bunun İslamda qəti şəkildə qadağan olunduğu bildirilir.
Əfqanıstan geniş xaş-xaş sahələrinə görə dünyanın ən böyük heroin istehsalçılarından biridir. Eyni zamanda böyük metamfetamin istehsalçısıdır. Nəticədə narkomaniya bütün ölkədə tüğyan edib.
Yerli sakinlərin sözlərinə görə, Kabildə 100 mindən 150 minə qədər heroin istifadəçisi var.