RUSİYA

İsraildən sonra Rusiyada koronavirusun yeni növü sürətlə yayılır

Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Rusiyada koronavirusun "Delta" ştammının "AY.4.2" növünə yoluxma qeydə alınıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu "Rospotrebnadzor"un Mərkəzi Araşdırma Epidemiologiya İnstitutunun İnsan Xəstəliklərinin Diaqnozu üçün Yeni Metodların Hazırlanması üzrə Elmi Qrupun rəhbəri Kamil Hafizov bildirib.
"Bəzi dairələrdə yeni genovariantı "Delta plyus" adlandırırlar, lakin bu ad digər varianta da şamil olunurdu və ona görə də hazırda müəyyən qarışıqlıq yaşanır", - deyə Hafizov jurnalistlərə bildirib.
Alim bildirib ki, "AY.4.2" "Delta" ştammının növlərindən biridir və yəqin ki, virusun orijinal və digər versiyaları üzərində üstünlüklərə malikdir. Onun sözlərinə görə, mutasiyanın nə qədər yoluxucu olmasını demək hələ tezdir və alimlər hələ bununla bağlı araşdırma aparır.
Qeyd edək ki, ötən gün İsraildə COVID-19-un "Delta" ştammının daha təhlükəli olan variantı - "AY.4.2" mutasiyası aşkarlanıb.
Virusun mutasiyası İsrailə xaricdən qayıdan və Ben-Qurion Hava Limanında testdən keçən 11 yaşlı uşaqda təsbit edilib.
CƏMİYYƏT
"Delta" ştammı hamilələrdə ölüm riskini artırır - Nə etməli? Həkimlər tövsiyə verirlər
Uşağın xaricdən qayıtdıqdan sonra təcrid olunduğu və heç kimlə əlaqə saxlamadığı qeyd edilir.
Bundan əvvəl, Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.
"AY.4.2" adlanan yeni növ dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha yoluxucu sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu ştamma çevriləcək.
Eləcə də oxuyun:
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
* Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir
* Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
* İnfeksionist: “Koronavirusun yeni növləri yaranacaq”