DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Regionda güvən testi: Türkiyə təhlükəni Rusiya və ya Amerika ilə həll etmək istəyir

Razılaşmalara əsasən, YPG/PKK Türkiyə sərhədi boyunca bütün istiqamətlərdə 30 kilometr geriyə çəkiləcək, yəni iddia edildiyi kimi, İŞİD-lə mübarizə aparılan bölgəyə göndəriləcəkdi. Lakin YPG/PKK silahlıları olduğu yerdə qalır, onların ağır silahları geri çəkilməyib.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti şərh edərkən bildirib ki, onun ölkəsinin səbri tükənmək üzrədir. Ərdoğan qeyd edib ki, Türkiyə Suriyadakı mübarizəsinə bundan sonra çox fərqli şəkildə davam edəcək.
"Bu terror təşkilatlarına, Amerikanın oradakı məlum güclərinə, rejim güclərinə (Suriya – red.) qarşı lazım olan hər cür mübarizəni davam etdirəcəyik. Bu məsələdə qərarlıyıq", - deyə Ərdoğan bildirib.
Ekspertlər isə Türkiyə liderinin bu bəyanatının bu ölkənin gələcəkdə Suriyada hərbi əməliyyatının başlaya biləcəyinə dair bir işarə olaraq dəyərləndiriblər. Görünən budur ki, Türkiyə rəhbərliyi Suriyada aktiv olan güclərdən onun tələblərinin yerinə yetirilməsini gözləyir və səbir edir. Lakin hər səbrin bir sonu var və Ərdoğanın son çıxışı bu səbrin sona çatmasının anonsu kimi dəyərləndirilə bilər.
Sputnik Azərbaycan məsələ ilə bağlı Türkiyədən olan terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağarla həmsöhbət olub.
RUSİYA
Moskva Rusiya şirkətlərinin Qarabağın bərpasında iştirakını istəyir - səfir
Ağdullah Ağar qeyd edib ki, Suriyada YPG/PKK məsələsi ABŞ-la Türkiyə, Türkiyə ilə Rusiya arasında son dərəcədə önəmli bir güvən testidir: "Bu təşkilatın həm Amerika, həm də Rusiya üçün geosiyasi arenada alternativləri var. Amerika və Rusiya bu terror təşkilatından imtina etmirsə, onunla görüşməyə, ondan istifadə etməyə davam edirsə, rəsmi Ankara hesab edir ki, bu ölkələr YPG/PKK vasitəsilə Türkiyəni təhdid edirlər. Bu terror təşkilatının üç-dörd özəlliyi var. Onlar Türkiyəni parçalamaq, Suriyanın unitar quruluşunu dəyişib, parçalamaq, bölmək, İraqda mübahisəli bölgələr başda olmaqla, bu ölkədə effektiv olmaq, türk, ərəb və farslar arasında münasibətləri pozmaq istəyirlər. Belə olduğu təqdirdə isə Türkiyə bildirir ki, alternativi olan bir terror təşkilatını İŞİD-lə mübarizə adı altında niyə Türkiyəyə qarşı istifadə etməyə davam edirsiniz? Yəni əsas məsələ budur".
Ekspert qeyd edib ki, həm ABŞ, həm də Rusiya ilə "Sülh bulağı" əməliyyatından sonra danışıqlar aparıldı və razılaşmalar əldə olundu.
"Razılaşmalara əsasən, YPG/PKK Türkiyə sərhədi boyunca bütün istiqamətlərdə 30 kilometr geriyə çəkiləcək, yəni iddia edildiyi kimi, İŞİD-lə mübarizə aparılan bölgəyə göndəriləcəkdi. Lakin YPG/PKK silahlıları olduğu yerdə qalırlar, onların ağır silahları geri çəkilməyib. Təkcə bu ay ərzində təmas nöqtələrində Türkiyəyə qarşı 30-a yaxın hücum həyata keçirilib. Yəni razılaşmalara əməl olunmur".
Ağar vurğulayıb ki, Türkiyə həm də miqrant təzyiqi ilə üz-üzədir: "Bu proses davamlı şəkildə Rusiyanın dəstəklədiyi Əsəd rejimi tərəfindən təhrik edilir. Bu da güvənsizliyə səbəb olur. Son nəticədə Suriyada daxili müharibə nəticəsində əhalinin 70%-i daimi yaşadığı yeri tərk etməyə məcbur olub. 7-8 milyona yaxın suriyalı öz ölkəsini tərk edib, qonşu ölkələrə gedib, digər bir qisim isə ölkə daxilində daimi yaşadığı yerləri dəyişib çadırlarda, düşərgələrdə yaşayır. Bu toplumun, cəmiyyətin normallaşması, insanların öz vətəninə qayıtmasının vaxtı çatmayıbmı? Hazırda kürdlər ümumi Suriya əhalisinin 3%-ni təşkil etdiyi halda, hazırda Suriya ərazinin 30%-nə nəzarət YPG/PKK-nın əlindədir. Bu da ədalətli deyil. Suriyada demoqrafik, topoqrafik travma var və bu travmanın düzəlməsi və Türkiyənin bu təhdiddən qurtulması lazımdır. Türkiyə üçün mənzərə bundan ibarətdir və Ankara öz maraqları üçün yaranan bu təhdidi, ekzistensial təhlükəni Rusiya və ya Amerika ilə, ya da bu hər iki ölkə ilə birdən həll etmək istəyir. Əgər Türkiyə bu yolla məsələni həll edə bilməyəcəksə, YPG/PKK-nı öz sərhədlərindən uzaqlaşdırmaq üçün hər cür addıma əl atacaq".
SİYASƏT
Azərbaycan Prezidenti Ərdoğan və Putinin görüşünə münasibət bildirib
Ekspert eyni zamanda Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatların da arealının artırıla biləcəyini istisna etməyib.