BAKI, 21 oktyabr — Sputnik. Nigar S. Orqanizmi toksinlədən və şlaklardan təmizləmək üçün hansı məhsullar daha yaxşıdır? Bu barədə RİA Novosti-yə endokrinoloq və diyetoloq Anastasiya Tarasko danışıb.
Həkim qeyd edib ki, gün ərzində üç dəfə qidalanarkən, yeməklər arasında təmiz su və ya bitki çayı içmək, həmçinin şəkər əlavə edilmiş qəlyanaltıları və içkiləri istisna etmək lazımdır. Məsələn, kapuçino, şirin meyvə içkisi və digər şirin tərkibli içkilər:
"Rasionun əsasını tərəvəzlər təşkil etməlidir - məhz onlar orqanizmə kifayət qədər miqdarda zəhərli maddələr çıxaran, bakteriyalar üçün qida kimi xidmət edən liflər verir. Bundan əlavə, tərəvəzlər həmçinin vitamin və minerallar mənbələridir. Qida həzminə və qaraciyərin işinə faydalı təsir göstərən köklü tərəvəzləri ayrıca qeyd etmək lazımdır".
Sarıkök, qara bibər, hil, muskat qozu da oxşar funksiyaya malikdir. Həmçinin, rasiona hər cür fermentləşdirilmiş məhsulları daxil etmək vacibdir - ilk növbədə kələm turşusu, xiyar turşusu və süd məhsulları.
"Onlar həzmi stimullaşdırır, mikrofloranı normallaşdırır və əlavə vitamin və minerallar ehtiva edir", - deyə Tarasko qeyd edib.
Orqanizmi şlaklardan təmizlənmək üçün başqa nə yemək lazımdır?
Göyərtilərdən əvəlik, ispanaq, şüyüd, cəfəri sərbəst radikalların təsirini neytrallaşdırır və antioksidantlar sayəsində orqanizmdən şlak və toksinləri çıxarırlar. Bundan əlavə, göyərti dərinin təravətli və sağlam görünməsi üçün kömək edən C vitamini və beta-karoten ilə zəngindir.
Sarımsağa da xüsusi diqqət yetirmək lazımdır. Sarımsaq mikrob əleyhinə vasitə olmaqla yanaşı, immunitetin davamlığını artırır, həmçinin qaraciyərin normal işləməsinə də kömək edir.
Yumurtalarda şlakları və toksinləri tez neytrallaşdıran üzvi kükürd və amin turşusu birləşmələri vardır. Qulançar bağırsaqda sağlam bakteriyaların səviyyəsini artırır və sidikqovucu üçün təsirli vasitədir, həmçinin bədəni həddindən artıq duz və sudan təmizləyir.
Çuğundur bağırsağın sürətli işləməsinə kömək edir. Çuğundur suyu isə qan tərkibini yaxşılaşdırır. Kətan kanserogenləri, toksinləri, "pis" xolesterini orqanizmdən çıxarır və bağırsaqları çürük bakteriyalardan təmizləyir. Bundan əlavə, enterokolit və qastrit zamanı iltihablı prosesləri azaldır və sinir pozğunluqlarının, onkologiyanın və aterosklerozun qarşısını alır.