BAKI, 21 oktyabr — Sputnik. "Maşa və Ayı" cizgi filminin növbəti buraxılışında Azərbaycandan bəhs edilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, cizgi filminin bu buraxılışı Azərbaycanın "Məlikməmməd" nağılı əsasında hazırlanıb.
Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – milli naxışlar, milli geyimlər, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin nümunələri, armudu stəkanda çay və digər Azərbaycana məxsus detallar təsvir olunub.
Xatırladaq ki, bundan öncə "Maşa və Ayı" cizgi filminin buraxılışında Azərbaycanın "Cırtdan" xalq nağılından bəhs olunmuşdu. Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunub. Bundan başqa, filmdə məşhur "Cücələrim" mahnısı da səsləndirilib. Sözügedən buraxılışda Azərbaycanın qədim sənətkarlığı - pinəçilik də nümayiş olunub.
Cizgi filminin bu buraxılışına "YouTube" kanalında qısa müddətdə xeyli baxış toplamışdı.