BAKI, 20 oktyabr - Sputnik. Rusiyada oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan edilib.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusla bağlı vəziyyətə dair hökumətin onlayn formatda iclasında bildirib.
Putin pandemiyaya görə əmək haqqı saxlanılmaqla bir həftə qeyri-iş günü elan edilməsi təklifini dəstəkləyib.
Qeyd edək ki, sentyabr ayında Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən özünütəcrid rejiminə keçmişdi.
Rusiya Prezidenti ötən il "Sputnik-V" peyvəndi vurdurduğunu və prosesdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.
Xatırladaq ki, digər dövlət başçılarından fərqli olaraq, Vladimir Putin peyvənd olunarkən foto çəkdirməmişdi.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya prezidentinin özünü əla hiss etdiyini, daim iş başında olduğunu demişdi. Bununla belə bildirmişdi ki, Putin tədbirləri əsasən videokonfrans rejimində keçirəcək.