BAKI, 20 oktyabr — Sputnik. İlk dəfə olaraq YAP-da parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin, komitə sədrlərinin iştirakı ilə tədbir keçiriləcək.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədbir sabah baş tutacaq.
Xatırladaq ki, Tahir Budaqov həmin konfransda bildirib ki, dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib.
Həmçinin oxuyun: