SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyevanı mühüm sammitə fəxri qonaq kimi dəvət ediblər

Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti dekabr ayında İstanbulda keçiriləcək Boğaziçi sammitinə dəvət edilib.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Dekabrda İstanbulda Boğaziçi sammiti keçiriləcək. Həmin tədbirə fəxri qonaq kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da dəvət edilib.
Sputnik Azərbaycan Report-"-a istinadən xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zamanı deyib.
YAP sədrinin müavini qeyd edib ki, onu da həmin tədbirdə iştiraka dəvət ediblər.