BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram səhifəsində Füzulidən olan keçmiş məcburi köçkünlərlə görüşü ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:
"Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüş. Doğma torpaqlara qayıdışınızın həyəcanını və sevincini səmimi-qəlbdən sizinlə bölüşürəm!"