FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda ilk beynəlxalq "Rebuild Karabakh 2021" sərgisindən xoş görüntülər

"Rebuild Karabakh 2021" sərgisinə gələnlər üç gün ərzində 17 ölkədən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.
Sputnik
Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh 2021" sərgisi keçirilir. Eyni zamanda, "BakuBuild 2021" və "Aquatherm Baku 2021"dən ibarət ənənəvi Xəzər inşaat həftəsi oradan başlayıb.
Oktyabrın 20-də Bakıda "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) ilk beynəlxalq sərgi açılıb.
1 / 15

Oktyabrın 20-də Bakıda "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) ilk beynəlxalq sərgi açılıb.

2 / 15

Sərgi Bakı Ekspo Mərkəzində keçirilir.

3 / 15

Sərginin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin səmərəliliyini artırmaq, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığını gücləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və təsirli məhsulları, layihələri və həll yollarını nümayiş etdirməkdir.

4 / 15

"SIKA Azerbaijan" şirkətinin stendi "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) sərgisində.

5 / 15

Bakı Ekspo Mərkəzində keçirilən "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) birinci beynəlxalq sərgisini ziyarət edənlər.

6 / 15

"Rebuild Karabakh 2021" sərgisi həm yerli, həm də xarici şirkət və təşkilatların diqqətini çəkib.

7 / 15

"Rebuild Karabakh" ilə eyni vaxtda, "BakuBuild 2021" və "Aquatherm Baku 2021"dən ibarət ənənəvi Xəzər inşaat həftəsi başlayıb.

8 / 15

Rusiya, Almaniya, Belarusiya, Çexiya, Macarıstan, BƏƏ, Gürcüstan, İsrail və Türkiyənin milli pavilyonları "Rebuild Karabakh", "BakuBuild" və "Aquatherm" sərgilərində iştirak ediblər.

9 / 15

Rusiyanın "Ural qraniti" şirkətinin stendi "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) sərgisində.

10 / 15

Milli pavilyonlar bu ölkələrin ticarət və sənaye palatalarının dəstəyi ilə təşkil olunub.

11 / 15

Azərbaycanın bir çox dövlət strukturları və özəl şirkətləri sərgi iştirakçıları arasında təmsil olunur.

12 / 15

Sərgidə "yaşıl enerji", "ağıllı kənd" layihələri, həmçinin işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının və su qurğularının bərpası, mühafizəsi və səmərəli istifadəsi layihələri, yeni hava limanları və bir çox digər layihələr təqdim olunub.

13 / 15

"Azerbaijan Airlines" şirkətinin stendi "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) sərgisində.

14 / 15

Bakı Ekspo Mərkəzində keçirilən "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" (Rebuild Karabakh 2021) birinci beynəlxalq sərgisini ziyarət edənlər.

15 / 15

3 gün ərzində sərgiyə gələnlər 17 ölkədən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.

Sərginin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin səmərəliliyini artırmaq, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığını gücləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və təsirli məhsulları, layihələri və həll yollarını nümayiş etdirməkdir.
Sərgi Bakı Ekspo Mərkəzində keçirilir. Eyni zamanda, "BakuBuild 2021" və "Aquatherm Baku 2021"dən ibarət ənənəvi Xəzər inşaat həftəsi oradan başlayıb.
Rusiya, Almaniya, Belarusiya, Çexiya, Macarıstan, BƏƏ, Gürcüstan, İsrail və Türkiyənin milli pavilyonları "Rebuild Karabakh", "BakuBuild" və "Aquatherm" sərgilərində iştirak ediblər. Azərbaycanın bir çox dövlət strukturları və özəl şirkətləri sərgi iştirakçıları arasında təmsil olunur.
3 gün ərzində sərgiyə gələnlər 17 ölkədən 279 şirkətin məhsulları ilə tanış ola biləcəklər.