AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı-Sumqayıt qatarlarının sayı artırılır

Sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Sabahdan Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılacaq.
Sputnik Azərbaycan-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata görə, bu addın sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə atılır. Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.