AZƏRBAYCAN XƏBƏRLƏRİ

İlham Əliyev Zəngilan şəhərinin Baş planının hazırlanması ilə əlaqədar Sərəncam imzalayıb

Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Sputnik
BAKI, 20 oktyabr - Sputnik. Prezident İlham Əliyev oktyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməsi tapşırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.