HƏRBİ

Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub

Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.
Sputnik
BAKI, 19 oktyabr - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti oktyabrın 19-da yeni yaradılmış əməliyyat (komando) hərbi hissəsində olublar.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan MÜdafiə Nazirliyi məlumat verib.
Açılış mərasiminə dəvət olunan Vətən müharibəsi qaziləri ilə görüşən Müdafiə naziri onların problemləri və istəkləri ilə maraqlanıb.
Sonra Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə beretlərin təqdim edilməsi mərasimi keçirilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla hazırlanmış hərbi qulluqçulara beretlər təqdim olunub.
Müdafiə naziri yeni yaradılan komando hərbi hissəsində olub

Mərasimdə çıxış edən Müdafiə naziri Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyini qeyd edib.
Hərbi hissənin ərazisindəki təlim mərkəzinə baxış keçirən nazir komandoların nümunəvi çıxışlarını izləyib.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə birgə nahar edib.