BAKI, 19 oktyabr — Sputnik. Xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-laborant işləyən Əsədli Aynur Azad qızının intihara cəhd etməsi barədə vətəndaş müraciəti əsasında hazırda Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.