İQTİSADİYYAT

"Made in Karabakh" nişanı ilə mallar dünyaya təqdim olunacaq

Bu əmtəə nişanı altında istər kənd təsərrüfatı, istərsə də digər məhsullar bazarlara çıxarıla bilər.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi çərçivəsində "Made in Karabakh" əmtəə nişanı təqdim olunacaq.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sərginin təşkilatçısı olan "Caspian Event Organizers" şirkətinin layihə meneceri Rəşad Qədimov deyib.
O qeyd edib ki, bununla bağlı müvafiq nazirliklərin müxtəlif statistik məlumatları var:

"Məsələn, Qarabağ alternativ enerji ilə zəngin olan bir bölgədir, ona görə orada "Ağıllı kənd"lər salınır. Günəş enerjisindən istifadə edilərək isitmə və işıqlandırma sistemləri qurulur. "Made in Karabakh" dediyimiz əmtəə nişanı altında istər kənd təsərrüfatı, istərsə də digər məhsullar bazarlara çıxarıla bilər".