SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan bir həftə sonra Azərbaycana gələcək

Türkiyə Prezidenti: Yaşadığımız hər təcrübəni bir dərs halına salaraq gələcəyə baxacağıq.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana səfər edəcək.
Qeyd edək ki, oktyabrın biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirmişdi ki, qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək:

"Azərbaycanın ötən il 44 günlük çətin mübarizəsi Zəfərlə nəticələndi. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, işğal altındakı torpaqlar, Qarabağ azadlığına qovuşdu. Biz də şəxsən Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevinclərinə ortaq olduq. İnşallah, önümüzdəki həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik".

Ərdoğan vurğulayıb ki, torpaqları işğal altında olan, torpaqlarını azad etmək üçün mübarizə aparan ölkəni - Azərbaycanı dəstəklədiyinə görə Türkiyəyə qarşı kin və nifrət mövqe sərgiləyənləri heç vaxt unutmayacaqlar:

"Yaşadığımız hər təcrübəni bir dərs halına salaraq gələcəyə baxacağıq".