HADİSƏ

Dövlət Komitəsi uşağını dayəyə tapşırıb itən valideynlərin axtarışına başlayıb

Azyaşlı sığınacağa yerləşdirilib və valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar aparılır.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda müvəqqəti baxılması üçün dayəyə verilən azyaşlı qızla bağlı araşdırmalara başlayıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. O bildirib ki, azyaşlı sığınacağa yerləşdirilib və valideynlərinin tapılması istiqamətində aidiyyəti qurumlarla birlikdə araşdırmalar aparılır.
Xatırladaq ki, sosial şəbəkələrdə azyaşlının anası tərəfindən müvəqqəti baxılması üçün dayəyə təhvil verildiyi barədə məlumatlar yayılıb və qeyd olunub ki, 8 gün ərzində uşağı dayəyə verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Dayə azyaşlının valideyni ilə əlaqə saxlamağa çalışsa da, onun anasının telefonuna zəng çatmayıb.
Eləcə də oxuyun:
* Bakıda narkotik aludəçisi olduğu iddia olunan uşağı sığınacağa niyə yerləşdirmirlər?
* Səyavuş Aslanın küçədə gecələyən oğlu sosial müəssisəyə yerləşdiriləcək
* Niderland səfirliyinin əməkdaşları qadın resurs mərkəzinə baş çəkiblər