BAKI, 19 oktyabr — Sputnik. Bakı Metropoliteninin "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən saxlanılan 1981-ci il təvəllüdlü Rövşən Abdulovun saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir.