BAKI, 19 oktyabr — Sputnik. Azərbaycanda reklam televiziyasının yaradılması ilə bağlı iş aparılır. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyi (KOBİA) yanında İctimai Şuranın sədri Fərhad Qaraşov bildirib.
O qeyd edib ki, yaradılacaq yeni televiziya reklam bazarında baş verən yenilikləri işıqlandıracaq.