İQTİSADİYYAT

Azərbaycanda ehtiyac olan xidmətlərlə bağlı mobil tətbiq hazırlanacaq

Yenilik vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymət verməyə imkan yaradacaq.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Azərbaycan vətəndaşlarının sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə müəyyən mobil tətbiqlərin istifadəyə verilməsi planlaşdırılır.
Sputnik Azərbaycan bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, mobil tətbiqlər vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymət verməyə imkan yaradacaq. Bununla da, AMB sığorta bazarında keyfiyyətli xidmət göstərilməsinə dəstək verəcək.