BAKI, 19 oktyabr - Sputnik. Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytarıb.
Bununla bağlı Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının keçmiş rəhbəri general Rüstəm Muradov Bakıdan İrəvana uçuş həyata keçirib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Trend yayıb.
Sputnik Ermənistan xəbər verir ki, artıq təyyarə Erebuni hava limanında eniş edib. Diversantlar Rusiya Hava-Kosmik Qüvvələrinin təyyarəsi ilə gətiriliblər.
Məlumata əsasən, general Muradov təhlükəsizlik qüvvələrimiz tərəfindən saxlanılaraq həbs edilən beş erməni hərbçini Ermənistana aparıb.
Erməni KİV qaytarılan hərbçilərin adlarını açıqlayıb. Bunlar: Ambardanyan Mels, Karapetyan Rafik, Manukyan Jora, Manukyan Ovsep, Soğomonyan Sedrakdır.
Adıçəkilən ermənilər Vətən müharibəsindən sonra Azərbaycanın Xocavənd rayonu ərazisindən Azərbaycan sərhədlərini pozaraq Hadrut qəsəbəsi ərazisinə daxil olarkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə saxlanılan şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd olunur ki, həbs edildikdən təxminən bir il sonra azadlığa buraxılmaları, şübhəsiz ki, Bakının başqa bir humanist jestidir.
Eləcə də oxuyun:
* Casusluqda ittiham olunan iki erməninin cinayət işi məhkəməyə göndərilib
Bakıda erməni terrorçularının məhkəmə prosesləri təxirə salındı
Erməni terrorçulardan ibarət 13 nəfərlik qrupun məhkəməsində ittham aktı elan edildi
DTX və Baş Prokurorluq 13 erməni terrorçu barədə məlumat yaydı