CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alimentdən qaçan kişiləri mətbuat tapmalıdır?

Medianın əsas öhdəliklərindən biri də boşanandan sonra övladlarına aliment ödəməkdən boyun qaçıran kişiləri tapıb müsahibələr etmək, onlara doğru fikir aşılamaqdır.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini zorakılıq törədən şəxslərlə bağlı iş aparmağa çağırıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, həmin şəxslərin dəstəyə ehtiyacı var: "Çünki onların psixoloji problemləri mövcuddur. Bu məsələ ilə bağlı iş aparılmalıdır".
Sədr müavini bildirib ki, sivil boşanma formasını cəmiyyətə aşılamaq lazımdır: "Boşanandan sonra övladlarına aliment ödəməkdən boyun qaçıran kişilər var. Media bu adamları tapıb müsahibələr etməli, onlara doğru fikir aşılamalıdır".