Sosial şəbəkələrdə öz kontentinizi necə yaya bilərsiniz? Ümumiyyətlə, rəqəmsal dönəmdə yeni mediada necə işləməli?
"Rossia Seqodnya" BİA-nın, RT-nin və "Ruptly"-nin jurnalistləri xaricdə çalışan və bir neçə günlük Moskvaya gələn rusdilli həmkarları ilə bu məlumatları bölüşüblər.
Onları Rusiya paytaxtına toplayan səbəb Moskvada Ümumdünya Həmvətənlər Konqresinin keçirilməsidir. Burada xaricdəki problemlər barədə danışıb öz maraqlarını müdafiə etməyin yollarını müzakirə ediblər.
Qonaqlar SputnikPro layihəsinin növbəti modulunda nə öyrəndilər – videomuzda.