BAKI, 18 oktyabr - Sputnik. Rusiyanın Perm vilayətində məktəbdə atışma olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti xəbər verir.
Hüquq-mühafizə orqanları hadisəni törədəni saxlayıblar. Altıncı sinif şagirdi olan uşaq silahdan divara və tavana atəş açıb. Onu məktəbin direktoru zərərsizləşdirib. Xəsarət alan yoxdur.
Uşağın silahı necə ələ keçirməsi və hadisəni hansı səbəbdən törətdiyi araşdırılır.
Məktəbdə dərslər bu günlük təxirə salınıb.
Hadisənin törədildiyi Oktyabrsk rayonu əyalətin cənubunda yerləşir, orada təxminən 26 min nəfər yaşayır.